<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Ürəyi Allahla sevdalı gəlin İL366</title>
<lyrics>[V1]
 Ürəyi Allahla sevdalı gəlin,
 Sənə diləyimiz budur Allahdan:
 Qoy gəlin bəzəyin, gəlin paltarın
 Həyadan, abırdan, ismətdən olsun.

[C1]
   İmanın, ümidin, sonsuz məhəbbətin
   Ürəyində varın, dövlətin olsun.
   Budur arzusu Allah xalqının:
   Sənə, gözəl gəlin, uğurlar olsun.

[V2]
 Ürəyində yaşat Rəbb Allahını
 Sənin zənginliyin uca Atadan.
 Dilin Xoş Müjdəli, əməlin saleh
 Allaha məhəbbət sərvətin olsun.

[V3]
 Bir nurlu çıraq ol sən ər evində,
 Nurunla bərq vuran ay ol, ulduz ol.
 Ürəkdə təmiz ol, məsləkdə düz ol
 Ataya, anaya doğma bir qız ol.</lyrics>
<hymn_number>366</hymn_number>
</song>